MDB liderləri Rusiyada nə yedi? -Menyu

MDB liderləri Rusiyada nə yedi?  -Menyu
  27 Dekabr 2022    Oxunub:2263
Sankt-Peterburqda qeyri-rəsmi sammitə toplaşan MDB ölkələrinin liderlərinin səhər yeməklərinin adları açıqlanıb.
AzVision.az xəbər verir ki, ölkə rəhbərləri üçün təklif olunan səhər yeməyinin menyusunu Rusiya mediası yayıb. Qeyd edilir ki, menyuda bir neçə növ dənli bitkidən hazırlanan sıyıq, giləmeyvə ilə təzə kəsmik, qaynadılmış yumurta, xərçəng, "pancake", xama və pendir, “Üç şokolad” kökəsi və qurudulmuş albalılı şərbət də olub.

"Hər kəs öz zövqünə uyğun yeməyi seçə bilər. Sıyıqlardan MDB ölkələrinin liderlərinə “Beş yarma” sıyığı, qarabaşaq yarması və ya kişmişli düyü sıyığı təklif edilib", - RİA-Novosti yazıb.

Qeyd edək ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti keçirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Menyu  





Xəbər lenti