Bu şəxsləri 20 ilədək həbs gözləyir

Layihəyə əsasən, zorlama aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, qüvvədə olan Məcəlləyə əsasən, həmin cinayəti törətmiş təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
AzVision.az
Teqlər: