"Azərbaycan açıq və milli maraqlara söykənən xarici siyasət yürüdüb" - Ceyhun Bayramov

   "Azərbaycan açıq və milli maraqlara söykənən xarici siyasət yürüdüb" -    Ceyhun Bayramov
  27 Dekabr 2022    Oxunub:722
Azərbaycan Respublikası 2022-ci il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, açıq və milli maraqlara söykənən xarici siyasət kursunu uğurla həyata keçirib.
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Beynəlxalq münasibətlər sistemində artmış gərginlik və bununla bağlı yaranmış çağırışlar fonunda xarici siyasətimiz beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq dövlətimizin milli maraqlarının təmin olunmasına, Azərbaycanın ərazi bütövlüyünün möhkəmlənməsinə, o cümlədən milli təhlükəsizlik və sosial inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlmişdir”, - deyə Ceyhun Bayramov vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti