Nazir: Ermənistanın mövqeyi irəliləyişlər əldə olunmasına mane olur

Nazirin sözlərinə görə, əldə olunmuş irəliləyişlər çox azdır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.
Ermənistanın üçtərəfli Bəyanatın bir sıra öhdəliklərini pozduğunu diqqətə çatdıran Ceyhun Bayramov əlavə edib: “Ermənistan tərəfinin üçtərəfli Bəyanatda yer alan bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsi, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində qalması, təbii sərvətlərimizin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının qeyri-qanuni yolla Laçın dəhlizindən keçməsi, mina problemi barədə məlumatlar beynəlxalq təşkilatlara çatdırılır”.
AzVision.az
Teqlər: