Bu sahibkarlara 39 milyon yardım edilib

Bu sahibkarlara 39 milyon yardım edilib
  28 Dekabr 2022    Oxunub:1042
2020-ci ilin iyun ayından bu il dekabrın 1-nə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara 39,2 milyon manat yardım edilib.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

Onun sözlərinə görə, ödəniş dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində həyata keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti