Dekabrda 891 nəfər zəhərlənmə ilə bağlı KTM-yə müraciət edib, 8 nəfər ölüb
Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib. Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 5 nəfər sirkə turşusundan, 1 nəfər dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 6-sı kişidir.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


