Ekspert: “Naxçıvan üçün yeni dönəm başlayır”

   Ekspert:    “Naxçıvan üçün yeni dönəm başlayır”
  28 Dekabr 2022    Oxunub:1202
Ekspert Hacı Ələsgərov Naxçıvana yeni təyin olunan Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.
Bu barədə AzVision.az -a Hacı Ələsgərov məlumat verib.

- Onu uzun illərdir ki, tanıyıram. Bu qərarla da Naxçıvanda yeni dönəm başlayır. Fuad Nəcəfli tanıdığım ən intellektual şəxsiyyətlərdəndir. Və inanıram ki, didərgin düşən vətəndaşlarımız öz doğma yurdlarına geri dönəcəklər. Naxçıvanlıların gözləri aydın olsun. Onlar üçün yeni işıqlı günlər başlayır. Mən Fuad müəllimin potensialına bələdəm. İşgüzar, intellektual və xalqın içindən çıxan şəxsdir, - ekspert qeyd edib.

O, yeni rəhbərin Prezidentin etimadını doğruldacağına əmin olduğunu vurğulayıb.

- Onu canlı təbrik etmək imkanım oldu. Bu günə qədər bir sıra rəhbər şəxslərlə görüşmüşəm. İşgüzar məsələlərlə bağlı görüşlərim çox olur. Fuad Nəcəfli sadəliyi və təvazökarlığı ilə seçilir. İnanıram ki, cənab Prezidentin etimadını yüksək səviyyədə doğruldacaq.

AzVision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti