Bayram gümlərində necə qidalanmaq lazımdır? - Həkimdən məsləhət

AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereloq Emin Məmmədov deyib. Gündəlik rejimdə olduğu kimi müəyyən aralıqda qida qəbul edilməsini qorumaq lazımdır.
"Qidanın miqdarı artırıla bilər, lakin saat aralığına ciddi fikir verilməlidir. Eyni zamanda bir az artıq hərəkət etmək lazımdır. Tövsiyə edərdim ki, şəkər dəyəri aşağı olan şirniyyatlardan istifadə olunsun. Şirin su və meyvə şirələri orqanizm üçün zərərlidir. Mədə qıcqırması olan insanlar adətən qazlı-sodalı su içməyə üstünlük verir. Bu tamamilə yalnış yanaşmadır. Yeməyin ortasında qazlı-sodalı su içilirsə, bu zaman həzm prosesi ləngiyir. Suyu yeməkdən iki saat əvvəl və ya iki saat sonra içmək daha arzuolunandır”.
Aytən Zəhra
AzVision.az
Teqlər: