Yeni il günü hava necə olacaq?

   Yeni il günü hava necə olacaq?
  28 Dekabr 2022    Oxunub:819
Dekabrın 31-i, 2023-cü ilin 1-2-3 yanvar tarixlərinə Şahdağda hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, arabir duman olacaq.

Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Qəbələ rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq.

Quba, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Balakən, Şəki, Zaqatala rayonunlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 7-10° isti olacaq.

Göygöl rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti