Rasim Məmmədov 14 il azadlıqdan məhrum edildi

   Rasim Məmmədov 14 il azadlıqdan məhrum edildi
  28 Dekabr 2022    Oxunub:733
"Baku Steel Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədova hökm oxunub.
AzVision.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində R.Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə R.Məmmədov 14 il azadlıqdan məhrum edilib.

İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən, rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”-nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə təqsirləndirilir. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.

Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) yekun ittiham verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti