"Base Metals” şirkəti "Dəmirli" yatağının qanunsuz istismarını dayandırdı

"Base Metals” şirkəti "Dəmirli" yatağının qanunsuz istismarını dayandırdı
  28 Dekabr 2022    Oxunub:1995
“Base Metals” şirkəti ekspertiza başa çatana qədər Qarabağda “Dəmirli” mis-molibden yatağında qanunsuz istismarını dayandırmaq qərarına gəlib.
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, şirkət ekoloji ekspertiza üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara nüraciət göndərib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 17 gündür davam edir. Aksiya azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti