Bakıda qadın ətçəkən mikserə düşərək ölüb

   Bakıda qadın ətçəkən mikserə düşərək ölüb
  28 Dekabr 2022    Oxunub:848
Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.
Hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.(APA)

AzVision.az


Teqlər:





Xəbər lenti