Sülhməramlıların 4 minik avtomobili Laçın yolundan maneəsiz hərəkət edib

   Sülhməramlıların 4 minik avtomobili Laçın yolundan maneəsiz hərəkət edib
  29 Dekabr 2022    Oxunub:799
Bu gün Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus daha 4 minik avtomobili Laçın yolundan maneəsiz hərəkət edib.

Qeyd edək ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti