Xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq

   Xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq
  29 Dekabr 2022    Oxunub:829
"Növbəti ildən xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq".
AzVision.az xəbər verir ki, bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov deyib. O bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə bu istiqamətdə iş aparılır:

"Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklər də olacaq. Sistem elektronlaşandan sonra işçilərin hər hansı xəstəlik və ya hamiləliyə görə alacaqları kağız sənədlər artıq elektron platformadan yönləndiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti