Ermənistan Laçın dəhlizi ilə bağlı Beynəlxalq Məhkəməyə üz tutdu

   Ermənistan Laçın dəhlizi ilə bağlı Beynəlxalq Məhkəməyə üz tutdu
  30 Dekabr 2022    Oxunub:960
Ermənistan Azərbaycanı Laçın dəhlizini açmağa məcbur etmək məqsədi ilə Beynəlxalq Məhkəməyə müraciət edib. Bu barədə məhkəmənin cümə axşamı yaydığı press-relizdə deyilir.
Ermənistan tərəfinin göndərdiyi sənədlərdə göstərilir ki, yaxın vaxtlarda bu blokadanın götürüləcəyinə dair heç bir işarə yoxdur.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti