Hava limanında baş verən insidentlə bağlı AÇIQLAMA

Hava limanında baş verən insidentlə bağlı  AÇIQLAMA
  30 Dekabr 2022    Oxunub:862
Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanı ərazisində bıçaqlanma hadisəsinin olması barədə məlumatlara münasibət bildirib
Məlumatda bildirilir:

"Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə xəbər yayılıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirir ki, baş verən hadisə həqiqəti əks etdirmir. Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb.

KİV-lərdən məlumatın yayılmasından öncə rəsmi qurumlardan dəqiqləşdirmələri xahiş olunur".

AzVision.az


Teqlər:





Xəbər lenti