Deputat Makronu Dərviş Məstəli şaha bənzətdi

   Deputat Makronu Dərviş Məstəli şaha bənzətdi
  30 Dekabr 2022    Oxunub:880
Bu gün Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyli günü ilə bağlı müraciət qəbul edib. Millət vəkili Sahib Alıyev bununla bağlı çıxışında ölkəmizin heç zaman indiki qədər güclü olmadığı kimi dünya azərbaycanlıları arasında həmrəyliyin də belə yüksək səviyyədə hiss edilmədiyini vurğulayıb.
AzVision.az bildirir ki, deputat bu gün azərbaycanlıların həmrəyliyinin təməlində torpağımızın hər qarışı üzərində dövlətimizin suverenliyinin təmin edilməsi zərurətinin və hamımızın bu yolda Müzəffər Ali Baş Komandanımızın əsgərləri olduğumuz amilinin dayandığını söyləyib. Bu isə Arazın o tayında yaşayan soydaşlarımızın haqlarının təmin olunması yönündə ən vacib məqamdır.

“Biz 50 miyonluq xalq olaraq bir məsələdə də həmrəyik ki, Arazın o tayındakı soydaşlarımızın azadlıq və təhlükəsizlikəri təmin edilməli, öz dillərində təhsil almaq haqları, adət-ənənələrinə uyğun həyat tərzi seçimləri tanınmalı, dinsiz rejim onlara qarşı diskriminasiyaya son qoymalı, qətl və həbsləri dayandırmalıdır. Təbrizin, Ərdəbilin, Urmunun, Xoyun və digər yurd yerlərimizin küçələrində Azərbaycanın dövlət başçısının “Cənab Prezident biz Sizinləyik” sözlərinin yazıldığı portretlərinin asılması, onu göstərir ki, bütün və bütöv azərbaycanlıların bir lideri var, o da cənab İlham Əliyevdir. Yəni bizi səhrədlər ayıra bilər, coğrafiya kimi hələ bütöv deyiliksə də, xalq, millət olaraq bütövük. Ən uca və ən sarsılmaz birlik, bütövlük də elə budur. Harada yaşamandan asılı olmayaraq hansı genin daşıyıcısısan, kimin soyundansan, bunu bilmək və dəyərləndirməkdir bütövlük!”, - millət vəkili qeyd edib.

“Özünə və sözünə bütöv” bir xalqın qarşısına qoyduğu bütün məqsədlərə çatacağını, Arazın o taındakı soydaşlarımızın öz dillərində təhsil alması, hüquq və azadlıqları ilə bağlı tələblərinin yerinə yetiriləcəyini deyən Sahib Alıyev, kökü Qərbi Azərbaycandan olanların öz yurd yerlərinə dönəcəklərinə də əmin olduğunu deyib.

Milli Məclisin üzvü ən mühüm məsələlərdə həmrəy olan 50 milyonluq bir xalqı heç kimin yolundan çəkindirə bilməyəcəyini vurğulayraq, Fransanın bir neçə ictimai-siyasi xadiminin Makrona Qarabağın Azərbaycandan qoparılmasıyla bağlı müraciətlərini də bu yöndən qiymətləndirib. O, müraciət edənləri Mirzə Fətəli Aundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsərindəki Şəhrəbanıya, Fransa prezidentini isə Dərviş Məstəli Şaha bənzədib.

- Yelisey sarayının tapşırığıyla Fransa parlamentindəki bəzi komitə və fraksiya sədlrərinin, partiya liderlərinin dövlət başçılarını Qarabağın Azərbaycandan qoparılmasıyla bağlı hərəkətə keçməyə səsləmələri beynəlxaql hüquqa zidd olması və primitivliyi ilə bizdə sadəcə açı gülüş doğurur. Fransadakılar Axundovu bilmirəm oxuyublar ya yox, onlar öz hərəkətləri ilə Şəhrabanu xanımla Dərviş Məstəli Şahı xatırladırlar. Sadəcə, bu dəfə Parisdəkilər Qarabağa qarşı plan qururlar. Amma yenə də dağılan Paris olacaq, necə ki, dağılır da”, - deputat Sahib Alıyev vurğulayıb.

AzVision.az


Teqlər: Fransa   Makron  





Xəbər lenti