Naxçıvanda avtobuslarda gedişhaqqı azaldılıb

Qiymətlərin yenidən qaydaya salınmasını Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev də təsdiqləyib. Qanunsuz qiymət artımının səbəbini soruşduqda isə o, bunun vaxtilə yuxarı orqanların verdiyi göstəriş əsasında olduğunu bildirib.
Xidmət haqqının yenidən qaydaya salınması sərnişindaşıma ilə məşğul olan sürücülərin narazılıqlarına səbəb olub. Onlar bildirirlər ki, xidmət haqqı aşağı salınsa da, Nəqliyyat Xidməti tərəfindən onlar üçün müəyyən olunan gündəlik plan hələ də 94 manat olaraq qalır. Hətta marşrut avtobuslarının əksəriyyətinin istismar müddətinin 10 ildən yuxarı olması texniki xərclərin çox olması ilə nəticələnir. Həmçinin xidmət tərəfindən onlara nə yanacaq, nə də ehtiyat hissələri verilmir. Üstəgəl sürücülərə əməkhaqqının verilməsi də dayandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyevə görə isə sürücülərin narazılığı əsassızdır.
Sürücülər isə sözügedən müqavilələrin onlara polisin zor tətbiq etməsi ilə bağlatdırıldığını və heç bir hüquqi qüvvəsinin olmadığını bildirdilər.
Nəticə isə onu göstərir ki, sərnişinlərin qanunla müəyyən olunmuş hüquqları bərpa olunsa da, bu dəfə sürücülər çətin vəziyyətdə qalıb. Hər halda aid qurumlar məsələni daha ətraflı araşdıraraq həllinə nail olacaqlar.
AzVision.az
Teqlər: