DYP bayram günləri ilə əlaqədar sürücülərə müraciət etdi

DYP bayram günləri ilə əlaqədar sürücülərə müraciət etdi
  31 Dekabr 2022    Oxunub:804
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
AzVision.az xəbər verir ki, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində, xüsusən də Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini nəzərə almalarını deyib. O bildirib ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi və ən əsası dayanma durma tələblərinə ciddi şəkildə riayət emək sürücülərdən xahiş olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti