Azad edilmiş ərazilərdə 12 313 mina aşkarlanıb

   Azad edilmiş ərazilərdə    12 313 mina aşkarlanıb
  31 Dekabr 2022    Oxunub:1005
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə bu il ərzində 12 313 mina aşkarlayıb.
Bu barədə AzVision.az -a ANAMA-dan məlumat verilib. Bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az



Teqlər:



Xəbər lenti