Kann Festivalı başladı – FOTOSESSİYA, VİDEO

Kann Festivalı başladı – FOTOSESSİYA, VİDEO
  15 May 2014    Oxunub:1152
Dünən Fransada 67-ci Kanna Festivalının açılışı olub. Festival müsabiqədən kənar göstərilən `Monako şahzadəsi` filmi ilə başlayıb. Fransız rejissor Olivye Daanın çəkdiyi flmdə Nikol Kidman şahzadə Qreys Kellinin obrazını canlandırır.
Festivalın açılışında yenə də qırmızı xalıya çıxan ulduzlar bütün diqqəti özlərinə cəlb ediblər.

Müsabiqənin münsifləri arasında rejissor Sofiya Koppola və aktyor Uillem Defo da var.

Festivalın əsas mükafatı – Qızıl Palma Budağı uğrunda 18 film yarışır. Onların arasında rusiyalı Andrey Zvyagintsevin `Leviafan` və türkiyəli Nuri Bilgə Ceylanın `Qış yuxusu` filmi də var. Bukmekerlər türk rejissorun qələbəsi ehtimalının çox yüksək olduğunu deyirlər.

Festivalı 4000 jurnalist işıqlandırır. Bundan daha artıq jurnalist ancaq olimpiadalarda olur.

Festivalın qalibi mayın 25-də elan olunacaq.

Tariyel
AzVision.az


Qalereya




Teqlər:  





Xəbər lenti