Avtomobil qəzası Qubanı qazsız qoydu

Avtomobil qəzası Qubanı qazsız qoydu
  31 Dekabr 2022    Oxunub:916
Quba rayonunda avtoqəza nəticəsində 200 abonent qazsız qalıb.
AzVision.az xəbər verir ki, Quba-Xaçmaz yolunun 1-ci km-də iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri qaz xəttinin üzərinə düşüb. Nəticədə rayonun Timiryazev qəsəbəsinin 200 abonenti qazsız qalıb.

Əhalini təbii qazla təminatını bərpa etmək üçün Quba-Xaçmaz regional qaz idarəsinin Quba sahəsinin qəza briqadası hadisə yerinə cəlb olunub.

AzVision.az



Teqlər: Quba   Qəza  



Xəbər lenti