“2023-cü ildə laçınlıları Laçına qaytaracağıq”

   “2023-cü ildə laçınlıları Laçına qaytaracağıq”
  01 Yanvar 2023    Oxunub:935
"2023-cü ildə laçınlıları Laçına qaytaracağıq".
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

"Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir", - dövlət başçısı qeyd edib.

Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib:

“Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.

AzVision.az


Teqlər:



Xəbər lenti