Qərb Kosovoda yeni müharibə istəyirmi? – Serbiyalı politoloqun fikri

   Qərb Kosovoda yeni müharibə istəyirmi? –    Serbiyalı politoloqun fikri
  01 Yanvar 2023    Oxunub:5443
Serbiya və Kosovo arasında həftələrlə davam edən gərginlikdən sonra Serbiya ordusu "ən yüksək hazırlıq səviyyəsinə" gətirilib. Prezident Aleksandar Vuçiç xalqının müdafiəsi və Serbiyanın qorunub saxlanması üçün bütün tədbirləri görəcəyini bildirib.
Belqraddakı Avropa Araşdırmaları İnstitutunun elmi işçisi, serbiyalı politoloq Stevan Qayiç b> AzVision.az -a açıqlamasında Albaniya hakimiyyətinin Aİ və Böyük Britaniyanın dəstəyilə Kosovo və Metoxiyada təxribatlar törətdiyini bildirib.

“Bu işin içində ABŞ da varmı? Açığını desək, bu, böyük bir sirdir. Onların yaxşı və ya pis polis rolunu oynadığı tezliklə məlum olacaq. Çünki Albaniya hakimiyyətinin Serbiyaya qarşı təxribatının qarşısını almağa qadir olan yeganə ölkə ABŞ-dır. Amerikalılar müdaxilə edib Kosovodakı müvəqqəti hökumət institutlarına təsir göstərsələr, Serbiya ilə Kosovo arasında heç bir münaqişə olmayacaq”,- politoloq qeyd edib.

O vurğulayıb ki, əgər ABŞ-ın Albaniya hakimiyyətini “ram etmək” cəhdlərini görməsək, bu, münaqişənin Qərbə lazım olduğu anlamına gələcək: “Hazırda rayonda sakitlik hökm sürür. Baxaq görək, ABŞ başda olmaqla Qərb necə davranır. Hər şey onların gələcək fəaliyyətindən asılı olacaq”.

Samir Vəliyev
AzVision.az



Teqlər: Kosovo   Serbiya  





Xəbər lenti