“Mossad”ın yeni şefi taktikanı dəyişir

// Devid Barni kəşfiyyatı kiberməkana yönləndirir

      “Mossad”ın yeni şefi    taktikanı dəyişir
  01 Yanvar 2023    Oxunub:2361
İsrailin xarici kəşfiyyat xidməti “Mossad” daxilindəki texnoloji inqilabı sürətləndirir. Qurumun hazırkı direktoru Devid Barni bu posta təyin edildikdən qısa müddət sonra bir sıra yüksək vəzifəli “Mossad” məmurlarını dəyişib, bəzi departamentləri kiberməkana, yaxud başqa sahələrə daha çox diqqət yetirməyə yönəldərək, qabaqcıl texnoloji tələblərə uyğun yenidən təşkil edib.
AzVision.az xəbər verir ki, Barninin səylərinin ən son nümunəsi “Yediot Ahronot” qəzetində dərc edilib. Orada qeyd edilir ki, casus agentliyinin internet saytında kibermüdafiə, süni intellekt və böyük məlumat sahələrində 54 yeni işçinin işə götürülməsi haqda elan yerləşdirilib.

Elanda qeyd olunan sahələr üzrə ən azı 2 il iş təcrübəsi olan, həmçinin əla ünsiyyət qurma bacarığına, yüksək özünəinama, aktiv xarakterə və ifrat təzyiq altında dözümə malik fərdlər tələb olunur.

Barni keçən həftə mətbuata sızan çıxışında texnoloji inqilabın yüksək tempi ilə ayaqlaşmaq üçün “Mossad”ın bəzi məşhur və ənənəvi qollarından daha çox resurs yönləndirilməsinin zərurətini vurğulayıb.

Samir Quliyev
AzVision.az



Teqlər: MOSSAD   Kəşfiyyat  





Xəbər lenti