Bayram atəşfəşanlıqları ekoloji fəlakətə səbəb oldu

Bayram atəşfəşanlıqları ekoloji fəlakətə səbəb oldu
  02 Yanvar 2023    Oxunub:1991
Meksikanın paytaxtı Mexiko şəhərinin ətraf bölgələrin havanın kəskin çirklənməsi ilə əlaqədar ekoloji xəbərdarlıq elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə Mexiko şəhərinin Ətraf Mühit Komissiyasının yaydığı bəyanatda bildirilir.

Qeyd olunub ki, diametri 2,5 mikrometrdən az olan asılı hissəciklərin icazə verilən maksimal konsentrasiyasını aşmasına Yeni il ərəfəsində pirotexniki vasitələrdən aktiv istifadə səbəb olub.

Söhbət paytaxtın İstapalapa, Milpa-Alta, Soçimilko və Tlauak rayonlarından, həmçinin ümumilikdə bir neçə milyon insanın yaşadığı Mexiko ştatının 13 regionundan gedir.

Hava təmiz olana qədər bu ərazilərdə avtonəqliyyat vasitələrinin istifadəsinə ciddi məhdudiyyətlər qoyulacaq. Sənaye müəssisələrindən bu müddət ərzində cərimə təhlükəsi ilə atmosferə atılan tullantıları 30-40% azaltmaq tələb olunur.

Bəzi hesablamalara görə, Mexikoda ekoloji problemlər hər il 20 mindən çox insanın həyatına son qoyur.

AzVision.az




Teqlər: Meksika  





Xəbər lenti