“Avatar 2” qısa zamanda 1,4 milyard dollara yaxın gəlir gətirib

“Avatar 2” qısa zamanda    1,4 milyard    dollara yaxın gəlir gətirib
  02 Yanvar 2023    Oxunub:1450
Məşhur "Avatar" filminin ikinci buraxılışının tezliklə 1,4 milyard dollardan çox gəlir əldə edəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, real proqnozlara görə artıq Yeni illə bağlı bayram günlərində Şimali Amerikada bilet satışı 440 milyon dollara çatacaq.

Eyni dövr üçün ABŞ-da 352 milyon dollar qazanılıb. Bu rəqəmin 750 milyona qalxacağı gözlənilir. Filmin dünya üzrə bilet satışları bazar ertəsi günü 1,4 milyard dolları keçəcək. Satış bazar günü artıq 1,37 milyard dolları keçib. Bu isə bütün zamanların dördüncü ən yaxşı satışı sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kino   Gəlir  





Xəbər lenti