Məşhur idmançıda xərçəng aşkarlandı

"Bu, ciddi və ikiqat zərbədir. Lakin hələ də bərpa oluna bilərəm. Mən müsbət nəticəyə ümid edirəm. Bütün gücümlə mübarizə aparacağam", - 66 yaşlı Navratilova deyib.
Qeyd edilir ki, 1975-ci ildə keçmiş Çexoslovakiyadan qaçaraq ABŞ-a gələn Navratilova, Fort Uortda keçirilən "WTA" tennis turnirinin finalı zamanı boynunda genişlənmiş limfa düyünü görüb. Şişin azalmadığını görən idmançıda biopsiya aparılıb. Nəticədə onun 1-ci mərhələdə olan boğaz xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Xərçəng