Ömər Çəlik: "Fransa PKK terror təşkilatını birbaşa himayə edir"

“Terror adlı ilanı kim qoruyursa, o ilan da sabah onu sancır”, - deyən Ömər Çəlik PKK-nın Parisdə törətdiyi iğtişaşları kəskin şəkildə qınadıqlarını, Avropada yüksələn bu faşizm dalğasına görə xəbərdarlıq etdiklərini xatırladaraq bildirib ki, kim terroru himayə edirsə, kim terrorçu fəaliyyətə icazə verirsə, bir gün həmin bəla ilə üz-üzə qalacaq.
Terrorizmlə birgə mübarizəni yeganə çıxış yolu kimi dəyərləndirən Ömər Çəlik deyib: “Gəlin, heç bir ayrı-seçkilik etmədən terror təşkilatları ilə birgə mübarizə əsasında əməkdaşlıq edək”.
AzVision.az
Teqlər: PKK