Sülhməramlıların növbəti avtomobilləri Laçın-Xankəndi yolundan keçdi

   Sülhməramlıların növbəti avtomobilləri Laçın-Xankəndi yolundan keçdi
  03 Yanvar 2023    Oxunub:992
Azərbaycanlı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekofəalların və könüllülərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil etdikləri etiraz aksiyası davam edir.
AzVision.az xəbər verir ki, aksiyaya baxmayaraq, Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər.

Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti üç minik, iki təminat və bir media avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.



AzVision.az


Teqlər:





Xəbər lenti