"Qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahidə olunur"- Umayra Tağıyeva

O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7-12 dərəcə isti qeydə alınıb, hazırda havanın temperaturu iqlim normasından 5 dərəcəyədək yüksəkdir:
"Ölkə ərazisində nisbətən yüksək temperatur qeydə alınsa da, lakin bu ay üçün rekord deyil. Belə ki, 2007 və 2019-cu illərdə Bakıda havanın maksimal temperaturu 20.1 dərəcə isti olub".
Xidmət rəisi qeyd edib ki, yaxın günlərdə hava şəraitində dəyişiklik olmayacaq. Lakin yanvarın 4-ü gündüzdən 8-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə arabir güclənən cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
"Yanvarın 5-də gün ərzində hava şəraitinin əsasən şərq rayonlarında az yağıntılı olacağı, dağlıq rayonlarda isə zəif qar yağacağı ehtimalı var", - U.Tağıyeva vurğulayıb.
AzVision.az
Teqlər: