Polşa Almaniyadan təzminat istəyir: BMT işə qarışacaq

 Polşa Almaniyadan təzminat istəyir: BMT işə qarışacaq
  03 Yanvar 2023    Oxunub:1181
Polşa Almaniyadan müharibə təzminatı almaq üçün BMT-yə müraciət edəcək.
Bu barədə respublikanın xarici işlər nazirinin müavini, hökumətin təzminat üzrə komissarı Arkadiuş Mulyarçik bildirib.

O, Polşa radiosuna deyib: “Biz BMT-yə bu məsələyə müdaxilə etmək üçün bəyanat göndəririk".

Mulyarçik onu da qeyd edib ki, respublika bu problem barədə danışmaq istəməyən Almaniya ilə dialoq platforması yaratmaq üçün təşkilatdan bu məsələyə müdaxilə etməyi xahiş edir.

Bundan əvvəl Polşa hökuməti Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə təzminat kimi təxminən 1,3 trilyon dollar almaq istədiyini bildirmişdi. Oktyabr ayında Almaniyaya müvafiq nota göndərilib.

Bundan əvvəl ölkə eyni xahişlə Avropa Şurasına və YUNESKO-ya müraciət edib.

Almaniya hökuməti isə öz növbəsində ödəniş etmək niyyətində olmadığını vurğulayıb. Bildirib ki, Polşa 1953-cü ildə reparasiyadan imtina edib. Eyni zamanda rəsmi Berlin hesab edir ki, kifayət qədər böyük məbləğlər artıq ödənilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti