Pelenin dəfnində selfi çəkən FİFA prezidenti sərt qınandı

   Pelenin dəfnində selfi çəkən FİFA prezidenti sərt qınandı
  03 Yanvar 2023    Oxunub:1167
FİFA prezidenti Canni İnfantinonun əfsanəvi Pelenin dəfnindəki davranışı birmənalı qarşılanmayıb.
AzVision.az xəbər verir ki, dəfn mərasimində iştirak edən FİFA rəhbəri Pelenin tabutunun yanında selfi çəkib.

Sosial şəbəkə istifadəçiləri onun bu hərəkətini biabırçılıq adlandırıb və Pelenin yaxınlarına hörmətsizlik kimi dəyərləndirib.

İnfantino isə Pelenin keçmiş komanda yoldaşları ilə şəkil çəkdirdiyini və bunun onlar üçün yaxşı jest olduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti