Laçın-Xankəndi yolundan 15 avtomobil maneəsiz keçib - YENİLƏNİB
Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 15-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsusdur.
***
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 3 avtomobilin keçməsinə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, avtomobillər Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 24 gündür davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


