"Apollon 7"-nin sonuncu astronavtı vəfat edib
Kanninqem 1968-ci ildə "Apollo 7" missiyasında olan üç astronavtdan biri olub. Bu, orbitdən canlı yayımların aparıldığı 11 günlük uçuş idi. Missiya bir ildən az müddətdə Aya eniş üçün yol açıb. Bu, 27 yanvar 1967-ci ildə üç "Apollo 1" astronavtının buraxılış meydançasında baş verən yanğında ölümündən sonra NASA-nın ilk insanlı kosmik missiyası idi.
Kanninqem ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Volter M. Şirra və mayor Donn F. Eyzel ilə birlikdə çalışıb.
NASA bildirib ki, Kanninqem, Eyzel və Şirra öz missiyasını demək olar ki, mükəmməl şəkildə başa vurub. Onların kosmik gəmiləri o qədər yaxşı performans göstərib ki, agentlik "Apollo 8" missiyasının növbəti heyətini Aya enişə hazırlıq addımı olaraq göndərib. "Apollon 11" artıq 1969-cu ilin iyulunda Yerin peykinə insanları endirib.
"Apollon 7"-nin astronavtları orbitdən kosmik uçuşlar barədə gündəlik televiziya reportajları hazırladıqlarına görə xüsusi "Emmi Mükafatı" alıblar.
Ayova ştatının Creston şəhərində anadan olan Kanninqem 1951-ci ildə Hərbi Dəniz Qüvvələrinə qoşulmazdan əvvəl Kaliforniyada orta məktəbdə oxuyub. Koreyada Dəniz Piyadaları Korpusunun pilotu kimi xidmət edib.
Həmçinin gələcək astronavt Los-Ancelesdəki Kaliforniya Universitetində fizika üzrə bakalavr və magistr dərəcəsi alıb.
Kanninqem ölümündən bir il əvvəl verdiyi müsahibədə yoxsulluq içində böyüdüyünü və kosmos gəmiləri deyil, təyyarələrdə uçmağı xəyal etdiyini xatırlayıb.
"Mən böyüyəndə kosmonavtların olduğunu bilmirdik", Kanninqem "Spokesman-Review"ə müsahibəsində deyib.
Aytən Zəhra
AzVision.az
Teqlər: