Fuad Nəcəfli Ordubad sakinlərinin şikayətini dinləyib

Fuad Nəcəfli Ordubad sakinlərinin şikayətini dinləyib
  04 Yanvar 2023    Oxunub:905
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.
AzVision.az xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyib.

Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.

Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Görüşdən sonra Ordubad şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti