Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Gəncədə iki nəfər dəm qazından zəhərlənib
  04 Yanvar 2023    Oxunub:755
Gəncədə iki nəfər dəm qazından zəhərlənib.
Hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. 1970-ci il təvəllüdlü Mayıl Abdulayev və 1975-ci il təvəllüdlü Ruhiyyə Bağırova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşdıqları evdə dəm qazından zəhərləniblər. (APA)


Teqlər:



Xəbər lenti