Baş prokuror dörd rayonun sakinlərini qəbul edəcək

Baş prokuror dörd rayonun sakinlərini qəbul edəcək
  05 Yanvar 2023    Oxunub:779
Sabirabad rayon prokurorluğunun inzibati binasında Sabirabad, Saatlı, İmişli və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sabirabad rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az



Teqlər:



Xəbər lenti