"Bu il idmançılarımız üçün elə də asan il olmayacaq" - Fərid Qayıbov

Nazir İslam Həmrəyliyi Oyunlarındakı işçi qrupunun iyunun 21-də Polşada start götürəcək Avropa Oyunlarında da fəaliyyət göstərəcəyini vurğulayıb: “Medianın da Avropa Oyunlarında fəal iştirakına çalışacağıq. Təəssüf ki, bəzi idman növləri Avropa Oyunlarında olmayacaq. Əvəzində yeni idman növləri var. Polşadakı yarışda hansı heyətlə iştirak edəcəyimiz yəqin ki, 1-2 aydan sonra bilinəcək. Həmin ərəfələrdə Avropa çempionatları olacaq. Buna görə müxtəlif növlərdə əsas heyət üzvlərinin iştirak edib-etməyəcəyinə baxacağıq”.
Aytən Zəhra
AzVision.az
Teqlər: