Azərbaycan hərbçiləri Xocavənddə texnikanı atəşə tutmayıb - MN

   Azərbaycan hərbçiləri Xocavənddə texnikanı atəşə tutmayıb -    MN
  06 Yanvar 2023    Oxunub:865
Azərbaycan hərbçilərinin Xocavənddə texnikanı atəşə tutması barədə yayılan məlumat tamamilə yalandır.
AzVision.az , bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.
AzVision.az


Teqlər:





Xəbər lenti