Naxçıvan Baş Gömrük İdarəsində müşavirə keçirilib

   Naxçıvan Baş Gömrük İdarəsində müşavirə keçirilib
  07 Yanvar 2023    Oxunub:1078
Yanvarın 6-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilib.

Görüşdə gömrük xidmətinin fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə qurulması, gömrük işinin səmərəliliyinin, şəffaflığın, vətəndaş məmnuniyyətinin artırılması, prosedurların rasionallığının təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması, gömrük hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, bilikli kadrların potensialından səmərəli istifadə ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib.

AzVision.az



Teqlər: Naxçıvan   Gömrük  





Xəbər lenti