Ermənilər Rusiyanı "qorşok"a göndərdilər - FOTO
// Gümrüdəki aksiyada 65 nəfər saxlanılıb
![Ermənilər Rusiyanı "qorşok"a göndərdilər - FOTO Ermənilər Rusiyanı "qorşok"a göndərdilər - FOTO](https://azvision.az/photos/2023/01/IMG-20230108-WA0016-1673174452.jpg)
102-ci Rusiya hərbi bazasının qarşısında keçirilən aksiyada polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Aksiyaçılar Rusiya əleyhinə, eləcə də KTMT-ni pisləyən şüarlar səsləndiriblər.
***
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.
AzVision.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər.
Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var.
AzVision.az
Teqlər: