Laçın-Xankəndi yolu: Sülhməramlıların maşını keçdi

      Laçın-Xankəndi yolu:    Sülhməramlıların maşını keçdi
  08 Yanvar 2023    Oxunub:1091
Rusiya sülhməramlılarına məxsus avtomobillər hər zaman olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.
AzVision.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara aid bir minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti