"Azərbaycan Dəmir Yolları" qarla əlaqədar əlavə tədbirlər planı həyata keçirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dekabrın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumatı ilə əlaqədar ADY-nin aidiyyəti müəssisələrinə xəbərdarlıq teleqramı göndərilib və əlavə tədbirlər planı həyata keçirilməkdədir. Qatarların fasiləsiz iş rejimini təmin etmək, yollarda və yoldəyişən qurğularda qarın təmizlənməsi üçün növbəli qrafik tutulur, işlərə 24 saat nəzarət olunur.
Sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməsi ilə bağlı müvafiq təlimatlar platformalarda yerləşdirilir və əlavə anonslar verilir.
AzVision.az
Teqlər: