Qarlı havada yollarda vəziyyət necədir?

   Qarlı havada  yollarda vəziyyət necədir?
  09 Yanvar 2023    Oxunub:1499
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət etdiyi bütün yolların qardan təmizlənməsi üçün texnikalar, maşın-mexanizm canlı qüvvəsi səfərbər olunub. Amma qarın yağması davam etdiyi üçün bir ərazi təmizləndikdən sonra yenidən qarla örtülür. Ona görə sürücülər də ehtiyatlı olsunlar.
Bunu AzVision.az -a açıqlamasında Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, Bakı-Sumqayıt yolunda hər hansı problem yoxdur.

"Səhər tezdən həmin yola, o cümlədən qəsəbələrə gedən yollara duz-qum qarışığı səpilib. Bakı şəhərinə daxil olan yollarda da hər hansı problem müşahidə olunmur. Paytaxt daxili ərazilər isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmizlənib. Bakı daxili yollarda da hər hansı problemin olması barədə məlumat daxil olmayıb"

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti