"Qarlı havada 28 nəfər yıxılaraq xəsarət alıb- YENİLƏNİB

 "Qarlı havada 28 nəfər yıxılaraq xəsarət alıb-  YENİLƏNİB
  09 Yanvar 2023    Oxunub:1615
Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub.
Bu barədə AzVision.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 13-ü qadın, 3-ü kişidir.

Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.

Hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna isə 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Qeyd edilib ki, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***
Azərbaycanda qarlı-buzlu hava şəraiti davam edir.

TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, bir nəfər piyadanın yıxılması ilə bağlı təcili yardıma müraciət daxil olub.

Məlumara əsasən hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb 73 yaşlı 1 kişi yıxılıb, bud-çanaq oynağı travması ilə hospitalizasiya olunub.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti