Azad edilmiş bütün şəhərlərdə idman obyektləri yaradılacaq

   Azad edilmiş bütün şəhərlərdə idman obyektləri yaradılacaq
  09 Yanvar 2023    Oxunub:609
“Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.

“Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq” – dövlət başçısı qeyd edib.

AzVision.az




Teqlər:





Xəbər lenti