Qarşıdakı 3 gündə Şuşa və Laçında hava necə olacaq?

  Qarşıdakı 3 gündə Şuşa və Laçında hava necə olacaq?
  09 Yanvar 2023    Oxunub:723
Qarşıdakı 3 gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək.

Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 8-13° şaxta olacaq. Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 6-11° şaxta olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti