Naxçıvanın dövlət qurumları İESD-yə qoşulacaq

Xidmətin əməkdaşları Naxçıvan Muxtar Respublikasında olan zaman dövlət orqanlarında tətbiq edilən elektron sənəd dövriyyəsi sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətini nəzərdən keçirilib, İESD və gücləndirilmiş elektron imza həllərinin Muxtar Respublikasının dövlət qurumlarında tətbiqi üçün infrastrukturu yerində qiymətləndiriblər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sözügedən sistemlərə məsul mühəndis-proqramçı heyətinə İESD və gücləndirilmiş elektron imza həlləri barədə məlumat verilib, Xidmətin operatoru olduğu həllərin təhlükəsizliyi, digər sistemlərlə inteqrasiya imkanları və təhlükəsiz istismarı mövzusunda seminar keçirilib.
Hazırda “İdarələrarası Elektron Sənəd Dövriyyəsi” informasiya sisteminə ümumilikdə 145 dövlət qurumu 1226 işçi yeri ilə qoşulub. Ötən il İESD sistemi vasitəsilə dövlət qurumları 25 min 619 sənəd göndərib, 25 min 606 sənəd qəbul edib.
AzVision.az
Teqlər: