Qarda yıxılma səbəbilə 46 nəfər təcili yardıma müraciət edib

   Qarda yıxılma səbəbilə    46 nəfər təcili yardıma müraciət edib
  10 Yanvar 2023    Oxunub:657
Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 46 müraciət daxil olub.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xəsarət alanlardan 45-i (27-i qadın, 18-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 1 nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.
Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 20-85 yaş aralığında şəxslər olub.

AzVision.az


Teqlər:





Xəbər lenti